Masallıda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=8)

Masallıda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilib- (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=8)

 

2 noyabr 2021-ci il tarixdə “Masallı Gənclər evi” sosial xidmət müəssisəsində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə böyük “Zəfər Günü”nə həsr olunmuş “Zəfərə gedən yol” mövzusunda Masallı rayon tam orta və ümumi orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “inşa-yazı” müsabiqəsi keçirilib.

 

Əvvəlcə tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon Təhsil şöbəsinin metodisti Əkbər Mahmudov çıxış edərək müsabiqə iştirakçılarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs ediblər.

 

Müsabiqənin yekun nəticəsinə əsasən Masallı şəhər 3 saylı tam orta məktəbin I X sinif şagirdi Türkan Əsgərli birinci yerə, Banbaçı kənd C.Qasımov adına tam orta məktəbin IX sinif şagirdi Nuriyyə Rufullayeva ikinci yerə, “Dəfinə” məktəb-liseyinin IX sinif şagirdi Aydan Mehtiyeva üçüncü yerə layiq görülmüşdür..

 

Müsabiqədə qalib gələn bütün şagirdlər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırıldı.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020