Paytaxt məktəblərinə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarının adı verilib.


Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.


Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin, 47 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin, 216 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Vaqif oğlu Qasımovun, 88 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Elçin Elşən oğlu Mansurovun, 48 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənovun, 291 nömrəli Ekologiya liseyinə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovun adı verilib.


Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020