İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər müəyyənləşdirilib.


Müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda “Dəyirmi masa”, seminar, görüş, sərgi və disputların təşkili nəzərdə tutulur.


“XIX əsrdə regionda dünyəvi təhsil verən İrəvan Müəllimlər Seminariyasının müəllimləri və məzunları” mövzusunda məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında esse müsabiqəsi keçiriləcək.


Həmçinin görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəblilərin iştirakı ilə görüşün təşkil olunması planlaşdırılır.


Bundan başqa, İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, seminariyanın tarixi və məzunları haqqında proqramların təşkili, “Azərbaycan müəllimi” qəzetində və “Azərbaycan məktəbi” jurnalında məqalələrin dərc olunması nəzərdə tutulur.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020