ADPU Tələbə Gənclər Təşkilatı "Müharibə cinayətləri" adlı görüş keçirib
Bu xəbəri paylaş
Fevralın 28-də ”Hədəf 10%” proqramı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubunun təşkilatçılığı ilə "Müharibə cinayətləri" adlı görüş keçirilib.
Görüşdə iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun hüquqşünası, YAP Binəqədi Rayon Təşkilatında ərazi gənclər birliyinin sədri, İrəli İB-in hüquq mərkəzinin hüquqşünası Nicat Şükürlü sivilizasiya yarandıqdan bu günə qədər baş verən müharibələr zamanı hüquq pozuntularından söz açmış, həmçinin 30-cu ildönümü tamam olan Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilmiş cinayətləri, etnik təmizləmə siyasətini xüsusilə qeyd etmişdir.
Görüş diskussiya şəklində davam etmişdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)