Rəqs üzrə Bakı çempionatının qalibləri müəyyən edilib! +FOTO=12
Bu xəbəri paylaş
Rəqs üzrə Bakı çempionatının qalibləri müəyyən edilib!
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil edilmiş 2022-ci il Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib.
Çempionat solo, duet, kiçik qrup, qrup, ansambl və böyük ansambl nominasiyalarında keçirilmişdir. Müsabiqədə Bakı və ölkənin regionlarının nümayəndələri iştirak ediblər.
"Keçirilən çempionatda həm tanış olan kollektivlərin, həm də özlərini göstərməyə qərar verən yenilərin çıxışlarını gördük. Hər nominasiyada öz rəqibləri olub, lakin Folk Stayl ansambl yunior nominasiyasında iki kollektivin rəqabəti xüsusilə fərqlənib. Hakimlər sonuncuya qədər ümumi fikrə gəlməyə çalışdılar və nəhayət, qərar verdilər. Beləliklə, mən «Dəcəl Qızlar» kollektivini, xüsusən onların bədii rəhbəri Cəmilə Bayramovanı qələbə münasibətilə təbrik edirəm. Onlara böyük uğurlar arzulamaq istəyirəm! Və «Mirvari» ansamblı, Davud Məmmədovun rəhbərliyi altında, biz daha qələbələr və ümidimizi itirməməyi arzu edirik, çünki bu, ağır mübarizə idi, hansında ki, güclülər qalib gəldi!", deyə təşkilat komitəsinin sədri Əziz Əzizov bildirib.
Birinci yeri tutan kollektivlər:
Ayselin dance studio, Həyat rəqs ansamblı, Buta rəqs ansamblı, Gracia dance studio, Zirvə rəqs ansamblı, Smiles dance studio, Crazy Lady dance studio, Elay rəqs qrupu, Er rəqs qrupu, Qaval rəqs ansamblı, Nərgiz rəqs qrupu, Alleqro rəqs ansamblı, Assa rəqs qrupu ( Gəncə ), Dəcəl Qızlar rəqs ansamblı və Kişiyeva Fidan solo rəqslə birinci yerin qalibi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)











