Akademik Musiqili Teatr dünyanın SÜLH çağırışına qoşuldu - VİDEO

5-10 aprel tarixlərində Avrasiya Teatr Birliyinin təşkilatçılığı ilə İstambulda Maltəpə Bələdiyyəsi Prof.Dr.Türkan Saylan Mədəniyyət Mərkəzində "Tunçer Cücenoğlu teatr günləri" keçiriləcək.


"Barışa evet!" şüarı altında dünyanın müxtəlif ölkələrinin mədəniyyət və incəsənət nümayəndələrini birləşdirən  bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru, Prezident mükafatçısı İradə Gözəlova  təmsil edəcək.
 

Beynəlxalq tədbirə  yola düşən  istedadlı rejissor həm də Akademik Musiqili Teatrın  sülh çağırışlı videoçarxını dünyaya çatdırmaqda bir vasitəçi olacaq.


Qeyd edək ki, festivalın formatına uyğun olaraq hazırlanan  bu qısa videoçarxda Akademik Musiqili Teatrın konsertmeysteri, Prezident təqaüdçüsü Kamil Həsənovun müşaiyəti ilə  Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyevin ifasında "Ey Vətən!" mahnısı səsləndirilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020