İrs və İqlim
Bu xəbəri paylaş
İrs və İqlim
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Xəzər bölgəsinin inkişafında universitet-müəssisə əməkdaşlığını həyata keçirmək üçün istehsalat müəssisəsi pilot kursları - PICASP” layihəsi çərçivəsində ICOMOS-un 18 Aprel Dünya Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar elan etdiyi "İrs və İqlim" mövzusunda vebinar keçirir. Vebinarın məruzəçiləri Prof.Dr. Qafar Cəbiyev (Azərbaycanın su mənbələri və qədim şəhərlər), Faiq İsmayılov (İtirilmiş şəhərlər: Füzuli və Ağdam), Dr. Elşən Mustafayev (Ənənəvi yaylaq-qışlaq mədəniyyəti: müasir çağırışlar), Dr. İdris Əliyev (Xəzər Atlantidası: sualtı arxeologiya), Dr. Fariz Xəlilli (İpək Yolu üzərində müqəddəs məkanlar: xanəgahlar), moderatoru Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədrinin müavini Dr. Günel Seyidəhmədlidir. Vebinarda ingilis dilində sinxron tərcümə olacaq. Arzu edənlər vebinara bu linkdən qoşula bilərlər: https://us02web.zoom.us/webinar/82912187903
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
