Poçt müdiri 25 min manat mənimsədi

Poçt müdiri 25 min manat mənimsədi 

 

Bakıda poçt müdiri 25 min manata yaxın dövlət vəsaitini mənimsəyib.

 

Binəqədi rayon prokurorluğundan bildirilib ki, “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

 

Həmin poçtun sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi (12.07.2021-09.12.2021) tarixlərdə şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 dollar (7650 manat) məbləğində pulu mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı mənimsəmə ittihamı ilə cinayət işi başlanıb. İstintaq davam edir.Bakivaxti.az

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020