Qəza nəticəsində avtomobil hasarı yarıb xəstəxananın həyətinə düşdü

Qəza nəticəsində avtomobil hasarı yarıb xəstəxananın həyətinə düşdü 

 

Bakı şəhərində qeyri-adi qəza baş verib.

Hadisə Mirəsədulla Mirqasımov küçəsində qeydə alınıb.

Belə ki, avtomobilin sürücüsü idarəetməni itirərək hasarı aşırıb və Kliniki Tibbi Mərkəzin (KTM) həyətinə düşüb.

Qəza nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınıb.

Qəzanın səbəbləri araşdırılır.

Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu açıqlama verib.

O bildirib ki, hadisə bu gün səhər saat 7:20 radələrində baş verib:

"Belə ki, "Hyundai Sonata" markalı avtomobil sürət həddini aşaraq Kliniki Tibbi Mərkəzin hasarına çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Təcili yardım şöbəsində ona yardım edilib və həyatı təhlükəsi olmayıb. Həkim müayinəsindən sonra şəxs evə buraxılıb".

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020