UNEC-də "Gənc müəllimlər-4" layihəsinə start verildi!

UNEC-də “Gənc müəllimlər-4” layihəsi çərçivəsində gənc müəllimlərin işə qəbulu elan edilir.


Rəqəmsal texnologiyalar və tətbiqi informatika, eləcə də mühəndislik və tətbiqi elmlər sahələri üzrə “İnformasiya texnologiyaları”, “Komputer elmləri”, “İnformasiya təhlükəsizliyi”, “Kommunikasiya sistemləri”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Qida mühəndisliyi” ixtisaslarında tədris aparmaq istəyən gənc müəllimləri “Gənc müəllimlər-4” layihəsində iştirak etməyə dəvət edirik.


Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtlərdəndir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi şəkildə müsahibə təşkil ediləcək. Xarici dil biliyi olan namizədlərə üstünlük veriləcək.


Maraqlananlar CV-lərini 30 iyun 2022-ci il tarixinə qədər cv@unec.edu.az  ünvanına göndərə bilərlər.


Tələbələrlə çalışmağa həvəs göstərən, bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən gəncləri UNEC kollektivində görməyə şad olarıq!
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020