İstirahət mərkəzində dini mərasim keçiridilər, sahibkar cərimələndi

İstirahət mərkəzində dini mərasim keçiridilər, sahibkar cərimələndi 

 

Ağdaşın Dəhnəxəlil kəndində yerləşən “Halal” ailəvi istirahət mərkəzində qanunsuz dini mərasim təşkil olunub.

 

22 nəfər həmin yerdə toplaşaraq dini müzakirələr aparıblar, bundan sonra isə kütləvi şəkildə ibadət ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olandan sonra araşdırma aparılıb.

 

Obyektin sahibi Anar Rəhimov əməlində heç bir qanun pozuntusu olmadığını düşünərək bu toplantını təşkil etdiyini deyib.

 

İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsi (dini mərasimlərin təşkili qaydalarının pozulması) ilə obyekt sahibinə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 1500 manat cərimə olunub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020