Ölkəyə gizli ətir yağları keçirmək istədi

Ölkəyə gizli ətir yağları keçirmək istədi 

 

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan istiqamətindən "Samur" gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Rusiya vətəndaşının idarə etdiyi "Volvo" markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

 

 

Komitədən  verilən məlumata görə, baxış zamanı avtomobilin qoşqusunun sağ alt hissəsində yerləşən yeşikdə gömrük nəzarətinə bəyan edilməyən parfumeriya məhsulları- 4 ədəd ətir, 20 litr metal və plastik qablarda olan ətir yağları aşkar edilib.

 

 

Faktla bağlı araşdırma aparılır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020