Tovuzda dəhşətli qətl: Kişi arvadının başını kəsdi

Tovuzda dəhşətli qətl:Kişi arvadının başını kəsdi

 

Tovuzda qətl hadisəsi baş verib.

 

Hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Nicat Əhmədov həyat yoldaşı Nuranə Əhmədovanın başını kəsərək öldürüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.


Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun nümayəndələri həmin ünvana gələrək müvafiq araşdırmalar həyata keçirib:

 

"Qətli törətməkdə şübhəli bilinən rayon sakini Nicat Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Tovuz rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir".

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020