“Gənc istedadlar” liseyinin uğurları ilə seçilən bir qrup şagirdi ilə görüş +FOTO=4

“Gənc istedadlar” liseyinin uğurları ilə seçilən bir qrup şagirdi ilə görüş 

 

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin uğurları ilə seçilən bir qrup şagirdi ilə görüşüb.Rektor son illər “Gənc istedadlar” liseyində tədrisin yüksək səviyyədə təşkili ilə bağlı görülən işləri qeyd edib, bunun nəticəsində şagirdlərin beynəlxalq və yerli olimpiadalarda uğurlarının ildən-ilə çoxaldığını vurğulayıb. Elçin Babayev Liseyin builki məzunları – 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasının qalibi Nəriman Şirinli və 5-ci Avropa Fizika Olimpiadasının qalibi Rəfsan Həbibullayevi digər şagirdlərə nümunə göstərib, bütün şagirdlərə təhsillərində uğurlar arzulayıb, valideynlərə təşəkkür edib.
Daha sonra rektor şagirdlərə hədiyyələr təqdim edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020