BDU-“Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru +FOTO=2
Bu xəbəri paylaş
BDU-“Gənc istedadlar” liseyinin şagirdlərinin növbəti uğuru
10-18 iyul 2022-ci il tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadası (onlayn) keçirilib. Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli olimpiadada gümüş medal qazanıb. Azərbaycanın daha 3 məktəblisi isə olimpiadanın bürünc medalına sahib olub.
Həmin tarixlərdə İsveçrədə Beynəlxalq Fizika Olimpiadası (onlayn) təşkil edilib. Azərbaycan məktəbliləri olimpiadada uğurla çıxış edərək 2 bürünc və 1 həvəsləndirici mükafat qazanıblar. “Gənc istedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev olimpiadanın həvəsləndirici mükafatını əldə edib.
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com

