YPX avtomobili qəzaya uğradı: Xəsarət alan var

YPX avtomobili qəzaya uğradı: Xəsarət alan var

 

Ötən gün saat 14:10 radələrində Bakı-Qazax avtomobil yolunda YPX avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Yolun Qaradağ rayonu ərazisindən keçən 42,7-ci kilometrliyində 99-YP-851 dövlət qeydiyyat nişanlı “BMW” markalı Yol Patrul Xidməti (YPX) avtomobili ilə VAZ-2106 markalı maşın toqquşub.

Toqquşma nəticəsində VAZ-2106 markalı maşında olan sərnişin yüngül xəsarət alıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a faktı təsdiq ediblər.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020