BDU-da "Yeni başlayan proqramçılar" adlı müsabiqə keçirilib +FOTO=3

BDU-da "Yeni başlayan proqramçılar" adlı müsabiqə keçirilib 

 

Bakı Dövlət Universitetində (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin könüllülərinin təşkilatçılığı ilə "Yeni başlayan proqramçılar" adlı müsabiqə keçirilib.

 

Müsabiqədə I və II kurs tələbələri komanda şəklində 5 mərhələdə kompüter elmləri üzrə nəzəri biliklərini sınaqdan keçirib, daha sürətli və düzgün proqramlar yazmağa çalışıblar. Son mərhələdə isə hər komanda iki yarımkomandaya bölünərək kodlaşdırma-dekodlaşdırma prinsipi ilə bir-birinə verilmiş sözləri çatdırmağa çalışıb.

 

Müsabiqənin nəticələrinə əsasən, "GG CODE" komandası 1-ci, "CreativeClub" komandası 2-ci, "Cool As Code" komandası isə3-cü yeri qazanıb.

 

Çempion komanda sertifikat və gələcəkdə istifadə edə biləcəkləri kuponlarla təltif olunub. Digər iki komandanın üzvlərinə isə həvəsləndirici kuponlar verilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020