Polis əməliyyat keçirdi: 1 tondan artıq çətənə kolu məhv edildi

Polis əməliyyat keçirdi: 1 tondan artıq çətənə kolu məhv edildi

 

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Aşağı Tala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 280 kiloqram olan 1476 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020