Siqaret pulu vermədiyi üçün anasını döydü

Siqaret pulu vermədiyi üçün anasını döydü 

 

Bakıda anasını döyən şəxsin məhkəmə prosesi keçirilib.

 

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 16A, 10 saylı mənzildə yaşayan A.Orucov (ad-soyad şərtidir) anası S.Orucovadan (ad-soyad şərtidir) siqaret almaq üçün pul istəyib. Lakin, anası pul verməkdən imtina etdiyi üçün yumruqla onun baş nahiyəsindən iki dəfə və kürək nahiyəsindən bir neçə dəfə vuraraq müxtəlif bədən xəsarətləri yetirib.


Bu əməlinə görə A.Orucov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilib.

 

Suraxanı Rayon Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında anası A.Orucovdan şikayətçi olmadığı üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

 

Qeyd edək ki, o, Vətən Müharibəsi iştirakçısıdır.unikal.org

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020