DİN-dən yerli sakinlərin Laza kəndində yolu bağlaması ilə bağlı AÇIQLAMA

DİN-dən yerli sakinlərin Laza kəndində yolu bağlaması ilə bağlı AÇIQLAMA

 

Qəbələ rayonu Laza kəndində sakinlərin yolu bağlaması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov  bildirib ki, Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb.

Əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.

Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb.oxu.az

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020