İndi də yeni virus yayılmağa başladı: "Pomidor qripi"

İndi də yeni virus yayılmağa başladı: "Pomidor qripi"

 

Koronavirus və meymun çiçəyindən sonra indi də "pomidor qripi" adlanan xəstəlik üzə çıxıb.

Adını yoluxmuş insanların dərisində əmələ gələn qırmızı qabarcıqlardan alan “pomidor qripi” qızdırma, yorğunluq və bədən ağrıları kimi kovid ilə oxşar simptomlar göstərsə də, bu iki xəstəlik bir-birindən əlaqəsizdir.

Bundan əlavə, pomidor qripinin digər simptomlarına qusma, ishal və səpgi daxildir.

Mütəxəssislər bunun ağcaqanad vasitəsilə yoluxan bir infeksiyanın təsiri olub-olmadığını da araşdırırlar, lakin bunun tamamilə yeni bir patogen olduğunu istisna etmirlər.

Virus ilk dəfə may ayında Hindistanın cənubundakı Kerala əyalətində qeydə alınıb.manset.az

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020