MEK tərəfindən növbəti biblioqrafik göstərici tərtib edilib

MEK tərəfindən növbəti biblioqrafik göstərici tərtib edilib 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib edilən növbəti biblioqrafik göstəricidə professor, müxbir üzv Vaqif Sabir oğlu Quliyevin həyatı, elmi fəaliyyətinin əsas tarixləri, əsərlərinin biblioqrafiyası - kitab və elmi məqalələri, beynəlxalq əhəmiyyətli konfrans, konqres, simpoziumlardakı çıxışları, məruzələri və s. əksini tapıb.
Biblioqrafik göstəricinin elmi redaktoru MEK-in baş direktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru MEK-in Biblioqrafiya şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi isə Rəna Cavadovadır. Qeyd edək ki, görkəmli elm adamının 65 illik yubileyinə həsr olunmuş bu
biblioqrafik göstərici riyaziyyat sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020