BMU-da yeni tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib +FOTO=4

BMU-da yeni tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib

 

Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ilinə hazırlıq vəziyyəti, o cümlədən qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı müşavirə keçirilib.

 

Tədbirdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin geniş vüsət almasından söz açan BMU-nun rektoru, professor Havar Məmmədov xüsusən Zəngilan rayonunda “Ağıllı kənd” layihəsi çərçivəsində yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsini, Laçın şəhərinə yerləşən Azərbaycan Ordusu tərəfindən Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini ölkəmizin növbəti tarixi nailiyyətləri olduğunu vurğulayıb.

 

Rektor, eyni zamanda ölkə Prezidenti tərəfindən göstərilən diqqət, qayğı və dəstəyin bütün sahələrə, o cümlədən təhsil sektoruna yeni töhfələr verdiyini bildirib, ali təhsilin müxtəlif istiqamətlərində əldə edilən uğurlardan danışıb.

 

Yeni tədris ilinin başlanması münasibətilə təbriklərini dilə gətirən Havar Məmmədov bu il BMU-ya qəbul üzrə yüksək göstəricilərin qeydə alındığını, universitetə bakalaviatura səviyyəsi üzrə qəbul planının 97.78 faiz dolmasının uğurlu nəticə olduğunu nəzərə çatdırıb. BMU-ya bakalavr pilləsinə qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayı 2 dəfədən çox artdğını deyən rektor 500 baldan çox bal toplayanların sayının isə 70 faizi ötdüyünü söyləyib.

 

BMU-nun yeni dərs ilinə hazırlıq vəziyyəti ilə əlaqədar bir çox nüansları önə çəkən rektor xüsusən tədris yükünün bölüşdürülməsi, kadrların təkmilləşdirilməsi, universitet auditoriyalarının tərdris prosesinə hazırlığı, laboratoriyaların təchizatı, nizam-intizam qaydalarına ciddi riayət olunması və s. məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib. Eyni zamanda, rektor bir sıra istiqamələrtdə qarşıda duran perspektiv məsələləri diqqətə çatdırıb.

 

Daha sonra Tədris işləri üzrə prorektor Həmzağa Orucov, Tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadə və digərləri universitetdaxili məsələlərələ bağlı fikirlərini bildiriblər.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020