Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə Daşkəsəndə inşa edilən yeni məktəb binası istifadəyə verilib +FOTO=13
Bu xəbəri paylaş
Heydər Əliyev Fondunun təşəbbüsü və “AzerGold” QSC-nin dəstəyi ilə Daşkəsəndə inşa edilən yeni məktəb binası istifadəyə verilib
Heydər Əliyev Fondunun və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC)
növbəti birgə irimiqyaslı korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Daşkəsən
rayonunun “Çovdar” yatağının yaxınlığında, dağətəyi Quşçu qəsəbəsində yerləşən
Səlmixan İsgəndərov adına tam orta məktəbin yeni inşa edilmiş modul tipli binası
istifadəyə verilib.
Yeni tədris ilində təşkil edilən tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin
başçısı Əhəd Abıyev, QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, Heydər
Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Gəncə-Daşkəsən Regional Təhsil
İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Elmir Cəfərov, məktəbin
direktoru Elmira Cəlilova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbirdə 2022-2023-cü tədris ilinin başlanması münasibətilə dövlət himni
səsləndirilib. Daha sonra 13-14 sentyabr tarixlərində baş verən növbəti düşmən
təxribatlarının qarşısını alarkən şəhid olmuş hərbçilərin, eləcə də ölkəmizin müdafiəsi
uğrunda həlak olmuş bütün vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yeni
məktəb binasında müəllimlərin tədris prosesini həyata keçirməsi, şagird və tələbələrin
yüksək səviyyədə təhsil almaları üçün zəruri şəraitin yaradıldığını qeyd edib. Əhəd
Abıyev gələcəyimiz olan yeniyetmə və gənclərin onlar üçün yaradılan bu imkanlardan
maksimum faydalanmalarını tövsiyyə edib, layiqli vətəndaş və ixtisaslı kadr kimi
yetişərək, gələcəkdə öz bilik və bacarıqlarını ölkəmizin bütün sahələrdə davamlı uğurları
üçün səfərbər etmələrini arzulayıb.
Daha sonra çıxış edən Oqtay Məmmədov yeni istifadəyə verilən məktəb binasının
müasir təhsil standartlarına cavab verdiyini bildirib. Sədr müavini çıxışında əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil siyasətinin bu gün cənab Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Bunun bariz təzahürü olaraq
son illər təhsil sahəsində mühüm islahatların həyata keçirildiyi, paytaxt Bakı və
regionlarda yeni məktəb binaları və digər təhsil təyinatlı obyektlərin inşa və əsaslı təmir
olunduğu diqqətə çatdırılıb. O.Məmmədov QSC adından sözügedən yeni məktəb
Press-reliz 15.09.2022
Azərbaycan, Bakı – AZ10004
Mikayıl Müşfiq k. 2H,
E-poçt: info@azergold.az
http//: www.azergold.az
binasının tikintisinə və çoxsaylı sosial layihələrin icrasına göstərdiyi təşəbbüs və dəstəyə
görə Heydər Əliyev Fonduna minnətdarlıq edib.
Heydər Əliyev Fondunun Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə
konseptual təhsil strategiyasının həyata keçirilməsinə töhfələr verdiyini qeyd edən Şamil
Əzizov Fondun yeni məktəblərin tikintisi, əsaslı təmir olunması, maddi-texniki bazasının
gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində reallaşdırdığı
layihələrdən danışıb, Fond tərəfindən hazırda da bu istiqamətində intensiv fəaliyyət
aparıldığını diqqətə çatdırıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil
sektorunun müdiri Elmir Cəfərov yeni tədris binasında yaradılmış şəraitin təhsilin
keyfiyyətinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəyinə əmin olduğunu qeyd edib.
Təşəbbüsə və dəstəyə görə Heydər Əliyev Fondu və “AzerGold” QSC-yə təşəkkür
edən təhsil ocağının direktoru Elmira Cəlilova hər cür inventar və avadanlıqlarla təmin
olunan məktəbdə şagirdlərin yüksək səviyyədə bilik alması üçün bütün imkanlardan
səmərəli istifadə ediləcəyini diqqətə çatdırıb.
Sonda çıxış edən Bəhlul İsgəndərov qardaşı şəhid Səlmixan İsgəndərovun adını
daşıyan orta məktəbin yeni binasının istifadəyə verilməsinin təhsilin inkişafına böyük
töhfə olmaqla yanaşı, qardaşının ruhuna hörmət və ehtiramın ifadəsi olduğunu bildirib.
Daha sonra qonaqlar modul tipli məktəb binası ilə tanış olub, tədrisin ilk günündə
siniflərdə keçirilən dərs prosesini izləyiblər. Qeyd edilib ki, Quşçu qəsəbəsində müəllim
və şagirdlərinin istifadəsinə verilən yeni məktəb binası 80 şagird yerlik tədris ocağında 10
sinif otağı, 1 müəllimlər otağı, 1 kitabxana və sanitar qovşaq mövcuddur. Tədris prosesi
üçün zəruri avadanlıqlar, internet şəbəkəsi, kompüter, mebel və digər inventarlarla təchiz
olunan məktəbdə 55 şagird təhsilini davam etdirəcək.
Xatırladaq ki, “AzerGold” QSC fəaliyyətə başladığı dövrdən etibarən aktiv hasilat
həyata keçirdiyi “Çodar” qızıl mədəninin yaxınlığında yerləşən qəsəbə və kəndlərdə
mütəmadi olaraq sosial layihələr reallaşdırır. Bölgədə Heydər Əliyev Fondunun dəstəyi
ilə ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq və s. istiqamətlər üzrə çoxsaylı layihələr
icra edilir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)












